Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənilər Laçını tərk edir-FOTO

 

 

 

Qarabağ separatçılarının administrasiyası etiraf edib ki, noyabrın 30-na qədər Laçını tərk etməlidir. Ermənistan mətbuatı yazır ki, şəhərdə olan sakinlərə ən gec noyabrın 30-da şəhəri tərk etmək əmr olunub.

Yenixeber.org: “Administrasiyadan deyiblər ki, getməlisiniz, əşyalarınızı yığın, noyabrın 30-na qədər hamı getməlidir. Dekabrın 1-də burada heç kim qalmamalıdır”, deyə Aysor.am yerli sakindən sitat gətirir.

“Dünən və bu gün bizi gərgin vəziyyətdə saxlayıblar, indi isə qəti qərar qəbul edilib ki, biz gedirik”, deyə həmin sakin qeyd edib.

İndiyə qədər separatçıların nümayəndələri vaxtaşırı Ermənistana gedən yol Laçından keçdiyi üçün bu şəhərin ermənilərin nəzarəti altında qalacağı haqqında bəyanatlar səsləndirirdilər.

Amma 10 noyabr tarixli üçtərəfli sazişə əsasən, Laçın dekabrın 1-də Azərbaycana qaytarılmalıdır. Şəhərdə həmçinin yolu - “Laçın dəhlizi”ni mühafizə edən rus sülhməramlıları qalacaq.

Xatırladaq ki, Laçın rayonu 1992-ci il mayın 18-də, Şuşanın işğalından 10 gün sonra işğal edilib.

Laçında heç vaxt ermənilərin yaşayış məntəqələri olmayıb, bu, sırf azərbaycanlıların yaşadığı rayondur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam