Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya sülhməramlıları Qarabağda nəyə hazırlaşırlar?

"Bir milyondan çox azərbaycanlı və erməni Böyük Vətən Müharibəsində faşizmlə mübarizə aparıb, onların yarıdan çoxu döyüş meydanında həlak olub".
Yenixeber.org: Bunu Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Dmitri Perepyolkin bildirib.

"Azərbaycanla Ermənistanın Qələbədə böyük payını qeyd etmək istəyirəm. Böyük Vətən Müharibəsində Azərbaycan və Ermənistandan bir milyondan çox insan iştirak edib. Təəssüf ki, onların yarıdan çoxu döyüş meydanında həlak olub. İki yüz mindən çoxu orden və medallarla təltif olunub, iki yüz nəfərə yaxını Sovet İttifaqı Qəhrəmanı adı alıb", - Perepyolkin deyib.

Onun sözlərinə görə, mayın 9-da Qarabağdakı Rusiya sülhməramlı bölmələrində şəxsi heyətin Böyük Vətən Müharibəsində Qələbəyə həsr olunmuş təntənəli düzülüşü olacaq: "Bu il biz qələbənin 76-cı ildönümünü qeyd edəcəyik. Bu tədbir faşizmlə mübarizədə həlak olmuş bütün döyüşçülərin xatirəsinə həsr ediləcək".

Qeyd edək ki, Rusiya sülhməramlılarının Qarabağda parad hazırlığı Azərbaycanda birmənalı qarşılanmayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam