Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

SOCAR prezidenti və vitse-prezidentləri 1 milyon 376 min manat bonus alıblar-AÇIQLAMA

 


Ötən il Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti və 12 vitse-prezidentinə maaş və mükafatlardan başqa ümumilikdə 1 milyon 376 min manat ödəniş (bonus) edilib.
Yenixeber.org: Bu barədə məlumat SOCAR tərəfindən açıqlanan illik maliyyə hesabatında yer alıb.

Məlumatda bildirilir ki, SOCAR prezidenti və 12 vitse-prezidenti Azərbaycan prezidenti tərəfindən təyin edilir. Hesabata əsasən prezident və 12 vitse-prezident təsdiqlənən əmək haqqı cədvəlinə uyğun olaraq maaş və mükafatlar, eləcə də şirkət rəhbərliyi olaraq əlavə ödənişlər almaq hüququna sahibdilər. 2020-ci ildə SOCAR prezidenti və 12 vitse-prezidentin hər birinə orta hesabla 106 min manat əlavə ödəniş edilib.
Hesabatda qeyd olunur ki, 2019-cu illə müqayisədə SOCAR rəhbərliyinə ödənilən ümumi ödənişin həcmi 28 min manat az olub. Belə ki, 2019-cu ildə SOCAR prezidenti və 12 vitse-prezidentinə 1 milyon 404 min manat ödəniş edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam