Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İsrail hökuməti “Pegasus” qalmaqalını araşdırmaq üçün xüsusi komissiya yaratdı

 

 
İsrail hökuməti bu ölkənin “NSO Group” şirkətinin işləyib hazırladığı “Pegasus” casus proqramı ətrafında yaranmış qalmaqalla bağlı xüsusi komissiya yaradıb.
Yenixeber.org: Nazirliklərarası komissiya casus proqramının bir çox ölkələrin hakimiyyətləri tərəfindən müxalif fəalları, jurnalistləri, siyasətçiləri izləmək üçün istifadə etdiyinə dair iddiaları araşdıracaq.

Komissiya Müdafiə Nazirliyindən daha geniş səlahiyyətlərə malik olan İsrail Milli Təhlükəsizlik Şurası tərəfindən idarə olunur, orada hərbi, kəşfiyyat və diplomatik strukturların yüksək rütbəli nümayəndələri yer alır.

Bundan əvvəl İsrailin Müdafiə Nazirliyi bəyan etmişdi ki, “Pegasus” proqramının təyinatı üzrə istifadə edilməməsi faktları təsdiqlənərsə “NSO Group” şirkətinə verilmiş ixrac lisenziyası ləğv olunacaq.

Xatırladaq ki, “Pegasus” proqramının Azərbaycanda da mindən yuxarı telefona yükləndiyi üzə çıxıb. Telefonları izlənilənlər arasında jurnalistlər, KİV rəhbərləri, insan haqları müdafiəçiləri yer alır. Proqram Android  və iOS əməliyyat sistemlərinə daxil olaraq smartfonda aparılan bütün əməliyyatları, telefon danışıqları, elektron yazışmaları, istifadəçinin geolokasiyasını izləyir, o cümlədən cihazın kamerasını və mikrofonunu istifadəçinin xəbəri olmadan işə salır. Proqramın 50-yə yaxın ölkədə 50 mindən çox cihaza yükləndiyi üzə çıxıb. Telefonları izlənilənlər arasında Fransa prezidenti Emmanuel Makron, ölkənin hökumət üzvləri də yer alır.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam