Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

İrəvanda əsgər qəbirləri ilə bağlı qalmaqal: -Yerablur niyə betonlanır- FOTOLAR

İrəvanda əsgər qəbirləri ilə bağlı qalmaqal:   Yerablur niyə betonlanır-   FOTOLAR
Ermənistanda İkinci Qarabağ müharibəsi zamanı öldürülmüş erməni hərbçilərin qəbirləri ilə bağlı yeni qalmaqal yaşanıb. Ermənistan mediası Yerablur hərbi panteonunda basdırılmış əsgərlərin qəbirlərinin üstünün betonla örtülməsindən yazıb.
Yenixeber.org: Müxalifyönlü saytlar hərbi panteonun uctantutma betonlanmasını əks etdirən fotoları da dərc ediblər. Tanınmış erməni ictimai fəal Areq Barseqyan isə jurnalistlərə verdiyi açıqlamada ölkədə yeni hiyləgər oyunun oynanıldığını iddia edib:

"Erablur betonla örtülür. Oğlanların məzarları beton qatın altında gizlədilir. Sual oluna bilər ki, nə üçün belə edirlər? Səbəbini sizə deyim. İtkin düşənlərin valideynləri ilə şəxsən danışmışam. Yaxşı bilirəm ki, onlar(Hakimiyyət-red.) valideynləri övladlarının DNT analizinin 30 faizinin uyğunluğuna inandırıb dəfnə necə aparıblar.

Belə hallar da olub ki, dəfndən bir müddət sonra əsgərin başqa bir adla basdırıldığı üzə çıxıb. Buna səbəb kiminsə cəsədin onun tanıdığı hərbçi yoldaşına aid olmasını sözdə şahidlik etməsidir. Belə bir əclafın həyata keçirdiyi eyniləşdirmə nəticəsində tələsik dəfn tələb edənlərin sayı xeyli artacaq. Bugünkü betonlaşdırma işləri isə, əsgərlərin qəbirlərinin təhqirindən başqa, gələcəkdə sümüklərin eksqumasiyasını mümkünsüz etmək cəhdidi r”.








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam