Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Kriminal avtoritet və keçmiş deputat daxil olmaqla dörd nəfər öldürüldü-İrəvanda/YENİLƏNDİ

İrəvanda baş verən atışmada kriminal avtoritet Artur Qazaryan (“Kanakertsi Tui” ləqəbli) ilə yanaşı, parlamentin keçmiş deputatı Artuş Simonyan (“Kanakertsi Artyuş”) öldürülüb.

Yenixeber.org: Bu barədə “Hraparak” qəzeti yazır.

Bundan əvvəl bildirilmişdi ki, “Kanakertsi Tui” noyabrın 11-nə keçən gecə İrəvanda qanlı qarşıdurma zamanı öldürülüb. Sabiq deputat Simonyan qarşıdurmanın digər üç qurbanından biri olub.

Qəzet yazır ki, atəş açanlardan birinin eks-deputatın oğlu olması barədə məlumat var. Simonyanın 4 oğlu var - Noro, Vlad, Hovhannes və Akop.

Onlardan hansının atışmada iştirak etdiyi hələlik məlum deyil. Atışma iştirakçılarından birinin 1 saylı xəstəxanaya aparıldığı bildirilir. Onun 20 yaşı var.

Xatırladaq ki, Artuş Simonyan 2003-2007-ci illərdə Ermənistan parlamentinin deputatı olub. O, Respublikaçılar Partiyasını təmsil edirdi.

***

11:58

“Kanakertsi Tui” ləqəbli kriminal avtoritet Artur Qazaryan İrəvanda qanlı qarşıdurma zamanı öldürülüb. Bu barədə “Shamshyan.com” xəbər verir.

Qəzetin məlumatına görə, polisə dünən gecə saat 02:50 radələrində paytaxtın Kanaker məhəlləsindəki evlərdən birində atəş açıldığı barədə siqnal daxil olub.

Hadisə yerinə yüksək rütbəli güc strukturların əməkdaşları gəlib.

Polis və müstəntiqlər evdə iki kişinin cəsədini aşkar ediblər. Sonra məlum olub ki, daha iki nəfər xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerindən bir neçə atıcı silah, güllələr, bıçaq və qan izləri aşkar edilib. Mənbənin sözlərinə görə, öldürülənlərdən biri “Kanakertsi Tui” ləqəbli kriminal avtoritet Artur Qazaryandır və atışmanın baş verdiyi ev keçmiş deputatlardan birinə məxsusdur.

Faktla bağlı araşdırmalara başlanılıb. Ölənlərin qalan hissəsinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam