Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bilindiyindən çox “Bayraktar” göndərilibmiş...-ardı da olacaq

Türkiyə Ukraynaya əvvəl məlum olandan xeyli çox sayda “Bayraktar TB2” zərbə pilotsuz təyyarəsi göndəribmiş.

Yenixeber.org: Bu haqda “Bloomberg” agentliyi Türkiyənin hökumət dairələrindəki mənbələrə istinadən bildirir.

Qeyd edək ki, Ukraynanın indiyədək Türkiyədən cəmi 12 vahid “Bayraktar TB2” aldığı rəsmən məlum idi. Eyni zamanda tərəflər bu PUA-ların Ukraynada birgə istehsalı barədə müqavilə imzalamışdılar.

 

 

Lakin indi “Bloomberg” bildirir ki, Ukraynanın sərəncamında onlarla belə döyüş pilotsuz təyyarəsi var. Ən azından 24 vahid “Bayraktar” isə yaxın gələcəkdə göndəriləcək.

Ukrayna ordusu bu yaxınlarda Donbassda separatçıların artilleriya mövqeyinə ilk dəfə “Bayraktar”dan zərbə endirib. Bir gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putin Ukraynaya “Bayraktar TB2” zərbə PUA-larının təchizatı ilə bağlı məsələni qaldırmışdı və bundan narahatlığını bildirmişdi.

Ukraynanın sərəncamında onlarla “Bayraktar TB2” zərbə PUA-sının olduğu Rusiyanın bu ölkə sərhədləri boyu qoşun cəmləşdirməsi və hərbi müdaxiləyə hazırlaşması fonunda üzə çıxır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam