Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qaçaq bankir özünü Qazaxıstanda müxalifət lideri adlandırdı-""Müvəqqəti hökumətə” rəhbərlik etməyə hazıram"

         Muxtar Ablyazov: "Etirazçılar məndən hər gün necə davam edəcəklərini soruşurlar"

Yenixeber.org: Xaricdə mühacirətdə olan Qazaxıstanın “Bank Turan Alem” (BTA Bank) bankının keçmiş rəhbəri Muxtar Ablyazov özünü ölkəsindəki müxalifətin və etirazçıların lideri adlandırıb. Bu barədə "Reuters" məlumat yayıb.

Qaçaq qazax bankirin sözlərinə görə, Almatıdakı etirazçılar ondan hər gün necə davam edəcəklərini soruşurlar.

Ablyazov bildirib ki, etirazların dinc davam etdirilməsi üçün Qazaxıstana qayıtmağa və "müvəqqəti hökumətə” rəhbərlik etməyə hazırdır. 

Mühacirətdə olan bankir iğtişaşları alovlandırmaq üçün Qərbdən pul almadığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, 2022-ci ilin ilk günündən Qazaxıstanda sıxılmış qazın qiymətinin qalxmasına etiraz olaraq xalq küçələrə axışıb. Güclənən etiraz aksiyaları ölkənin hər tərəfində xaosun yaranması ilə nəticələnib. Qazaxıstan Prezidenti etirazları yatırmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) köməyə çağırıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam