Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiyaya casusluq edən iki nəfər saxlanılıb-Latviyada

 Latviyanın xüsusi xidmət orqanları 2021-ci ildə Rusiya hərbi kəşfiyyatı ilə uzunmüddətli əməkdaşlıqda şübhəli bilinən iki nəfəri saxlayıb.

Yenixeber.org: Məlumata görə, onların müdafiə sektoru ilə bağlı məxfi məlumatları Rusiya tərəfinə ötürdüyü iddia edilir.

Casusluqda ittiham edilənlər Latviyanın Dövlət Təhlükəsizlik və Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıblar. Latviya istintaqının məlumatına görə, saxlanılanlar Rusiya ərazisində hərbi kəşfiyyatın nümayəndələri ilə görüşüblər. Hər iki şəxs barəsində cinayət işi başlanılıb, saxlanılanlarla bağlı digər təfərrüatlar açıqlanmır.

Xatırladaq ki, ötən il Rusiyayönlü “Soqlasiye” partiyasından olan müxalifətçi deputat Yanis Adamsonun Latviyada həbs edildiyi haqda xəbər yayılmışdı. O, Rusiyanın xeyrinə casusluqda şübhəli bilinirdi. Bu işə görə, Silonov adlı rus da həbs edilmişdi.(“Leta”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam