Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Mariupolda 25 min insan həlak olub-əksəriyyəti mülki şəxslərdir

           Ukraynanın Mariupol şəhərində əksəriyyəti mülki şəxslər olmaqla, 25 min insan həlak olub.

Yenixeber.org: Bu barədə Azov alayının kəşfiyyatçısı İlya Samoylenko mətbuata açıqlamasında deyib.

Samoylenko, həmçinin Mariupolda Rusiya tərəfinin itkiləri barədə məlumat verib. Belə ki, 2 500-dən çox Rusiya hərbçisi ölüb, daha 5 min nəfər yaralanıb.

"Biz 60-dan çox tankı məhv etdik. Bu, onların ölkə üzrə itkilərinin 10%-dən çoxdur. Zirehli transportyorlar, artilleriya sistemləri ilə bağlı vəziyyət eynidir. Rusiyadan gələn bütün bombardmanların təxminən 50%-i Mariupolun payına düşür”, - kəşfiyyatçı bildirib.

O, qeyd edib ki, Azov alayı ən yaxşı və effektiv taktikaları araşdırmaq üçün 2014-cü ildən hərbi əməliyyatları təhlil edir.

“Buna görə də biz Mariupolu uzun müddətdir saxlayırıq”, - Samoylenko vurğulayıb.

Bundan əvvəl baş nazirin müavini - Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk bildirib ki, Azovstaldan bütün qadın, uşaq və qocalar təxliyə edilib.

Qeyd edək ki, Ukrayna və Rusiya mayın 5-dən 7-nə kimi Azovstalda atəşkəs barədə razılığa gəliblər.("RBC-Ukraina")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam