Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Kreml qarşıdakı altı ayda müharibənin gedişatını dəyişməyə çalışacaq -PROQNOZ

Kreml çox güman ki, növbəti altı ay ərzində təşəbbüsü döyüş meydanına qaytarmağa və Ukraynanın hərbi uğurları silsiləsinə son qoymağa çalışacaq.

“Yenixeber.org” ru.slovoidelo.ua-ya istinadən məlumat verir ki, bu qənaətə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) mütəxəssisləri gəlib.

Analitiklər qeyd edirlər ki, 11 ay ərzində Rusiya Ukraynada qarşıya qoyduğu əsas məqsədlərin əksəriyyətinə nail ola bilməsə də, döyüş meydanında məğlubiyyətlərə baxmayaraq, onlardan əl çəkməyib.

ISW ekspertləri deyirlər: “Putin müharibədəki məqsədlərini dəyişməsə də, onun Rusiyanın müharibəyə yanaşmasının fundamental aspektlərini dəyişdirərək, bir neçə yeni səy göstərdiyinə dair yeni sübutlar ortaya çıxır”.

Rusiyanın müharibənin gedişatını dəyişmək istəyindən bir neçə fakt barədə danışılır. Xüsusilə, Kreml qoşunların yaradılması üzrə həm qısamüddətli, həm də uzunmüddətli səyləri, o cümlədən çağırış yaşını artırmaq, yeni diviziyalar formalaşdırmaq, Rusiyanın qərbində 2010-cu ilə qədər mövcud olmuş hərbi dairələri bərpa etməklə gücləndirəcək.

“Bütün bunlar Rusiyanın böyük hərbi əməliyyatlar üçün Rusiya silahlı qüvvələrini islahat etmək niyyətindən xəbər verir”, - deyə, ISW bildirib.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam