Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Memarlıq İttifaqının sədri tarixi binanın fasadını “şikəst edir” –Memar (FOTO)

Memarlıq İttifaqının sədri tarixi binanın fasadını “şikəst edir” – Memar (FOTO)

“Elbay Qasımzadə, Memarlar İttifaqının sədri memarlıq abidələrinin mühafizəsi ilə məşğul olmağa borclu olan şəxs tarixi binanın fasadını şəxsən “şikəst edir”!”.

Yenixeber.org: Bu sözləri memar Elçin Əliyev bildirib. O qeyd edib ki, Elbay Qasımzadə bir neçə ay əvvəl tarixi binanın, XIX əsrdə tikilmiş memarlıq abidəsinin fasadındakı üç iri daşı tamamilə kəsib, atasının barelyefinə mərmərdən əsas düzəltdi:

“1990-cı illərin sonlarında şəhərin baş memarı kimi (yadınızdadır, o vaxt şəhərin mərkəzində eybəcər hündürmərtəbəli binalar göbələk kimi tikilmişdi?) o, sovet dövründə AzPİ-nin keçmiş rektoru olmuş (yaşlı nəsil abituriyentlərin ora necə qəbul edildiyini yaxşı xatırlayır) atasının xatirə lövhəsinin vurulması üçün lobbiçilik edib ona nail oldu.

Təsəvvür edin: indi memarlıq abidələrinin mühafizəsi ilə məşğul olmağa borclu olan bir qurumun sədri tarixi binanın fasadını şəxsən “şikəst edir”!

Bəs Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti hara baxır? Nə üçün onun əməkdaşları abidənin eybəcər hala salınmasının bu dəhşətli faktını “görmədilər”? Çünki hamısı eyni “iplə bağlanıb”!
Biz isə müsbət dəyişikliklərə ümid edirik”.(tribunainfo)

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar İxtiyarqızı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam