Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Türkiyə Estoniyada hərbi fabrik tikir

Türkiyə Estoniyada sursat fabriki tikir: Ukraynanın xeyri...

Türkiyə Estoniyada reaktiv mərmilərin istehsalı üçün zavod tikəcək.

Yenixeberorg.com: Bu barədə “Defense Ekspress” nəşrinə ukraynalı hərbi ekspert İvan Kiriçevski bildirib.

“Türkiyənin müdafiə şirkəti “ARCA Baltics Operations” Estoniyanın “Pıxya-Kivili” sənaye parkında 155 mm-lik artilleriya mərmiləri, müxtəlif kalibrli minaatan mərmiləri və 122 mm-lik reaktiv mərmilərin istehsalı üçün zavod tikəcək”, – deyə o qeyd edib.

O əlavə edib ki, Estoniya Müdafiə Nazirliyinin Dövlət Müdafiə İnvestisiyaları Mərkəzinin (RKIK) məlumatına görə, layihənin dəyəri 300 milyon avro təşkil edir. Zavodun 2028-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.

“155 mm-lik mərmilər və minaatan sursatları seqmentinə baxsaq, bu cür sursatlara tələbatın birbaşa Estoniyanın özündə olduğu aydındır. Mövcud məlumatlara görə, bu ölkənin ordusunda Cənubi Koreya istehsalı olan təxminən 24 ədəd tırtıllı K9 özüyeriyən artilleriya qurğusu və Fransadan alınmış (2025-ci ilin avqustunda təhvil verilmiş) 12 ədəd təkərli “CAESAR” özüyeriyən artilleriya qurğusu var. Bundan əlavə, 81 mm və 120 mm kalibrli 120-dən çox minaatan mövcuddur. Lakin hazırda Estoniya ordusunda 122 mm-lik reaktiv mərmilərin istifadə oluna biləcəyi reaktiv yaylım atəş sistemləri yoxdur. Məsələnin maraqlı tərəfi də məhz bundadır”, – o bildirib.

Estoniyanın özü hazırda altı ədəd “M142 HİMARS” sisteminə malikdir və nəzəri olaraq bu sistemlər də 122 mm-lik “karandaş” tipli raketlərə uyğun şəkildə modernləşdirilə bilər, – ekspert vurğulayıb.

Eyni zamanda hərbi ekspert qeyd edib ki, çox güman, türklər bu layihədə Estoniyada istehsal olunacaq 122 mm-lik reaktiv mərmiləri daha geniş Avropa bazarına, o cümlədən Ukraynaya satmağı planlaşdırırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam