Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq.

Yenixeberorg.com: Bu barədə Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Məlumata görə, 9 may tarixində Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı göndəriləcək.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə 9 may tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4000 ton gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam