Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Bu ölkələr Rusiya pasportuna qadağa qoydu -SİYAHI

7 ölkə Rusiya pasportuna qadağa qoydu

Bir sıra ölkələr Rusiya Federasiyasının biometrik olmayan pasportlarını qəbul etməyi dayandırıb.
Yenixeberorg.com: Bunlar Danimarka, Malta, Çexiya, İslandiya, Norveç, Litva və Estoniyadır. Bu ildən həmin ölkələr biometrik olmayan pasportlardan istifadəyə tam qadağa tətbiq ediblər.

Moskva Dövlət Hüquq Universiteti nəzdində fəaliyyət göstərən Hüquqşünas Bloqerlər Birliyinin üzvü Qalina Zemskova bildirib ki, Fransa da qadağa tətbiq edib, lakin bəzi istisnalar mövcuddur:
15 yaşdan kiçik uşaqların girişinə icazə verilir;
1 iyun 2025-ci ildən əvvəl alınmış Şengen vizası olan şəxslər ölkəyə daxil ola bilərlər.

Finlandiya da bu ilin yayının əvvəlindən oxşar tədbirlər tətbiq etməyi planlaşdırır. İstisnalar isə:
18 yaşdan kiçik şəxslərə;
1 iyun 2026-cı ildən əvvəl verilmiş Finlandiya yaşayış icazəsi olanlara aid olacaq.

Bundan əlavə, Finlandiya vizası sahibləri üçün ilin sonuna qədər keçid dövrü qüvvədə qalacaq.(RİA Novosti)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam