Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Onu rəsmi ittiham irəli sürüldü -SƏBƏB

raul-kastroya-resmi-ittiham-ireli-suruldu

ABŞ Federal Böyük Jürisi Kubanın keçmiş rəhbəri Raul Kastroya qarşı rəsmi ittiham irəli sürüb.

Yenixeberorg.com: Bu barədə Tramp Administrasiyasının yüksəkrütbəli nümayəndəsi məlumat yayıb.

Mayami federal məhkəməsində açılan cinayət işində 94 yaşlı siyasətçiyə qarşı ABŞ vətəndaşlarını öldürmək üçün sui-qəsd, dörd qətl hadisəsi və iki təyyarəni məhv etmə ittihamları irəli sürülüb. İttihamlar birbaşa 1996-cı il fevralın 24-də baş vermiş insidentlə bağlıdır. Həmin vaxt Kuba Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Mayamidə fəaliyyət göstərən mühacir qrupuna aid iki mülki təyyarəni vurmuş və nəticədə 4 nəfər həlak olmuşdu. Rəsmi Vaşinqton atəş əmrini şəxsən o dövrdə müdafiə naziri olan Raul Kastronun verdiyini iddia edir.

Qeyd edək ki, 94 yaşlı Raul Kastro Kuba inqilabçısı və ölkəyə uzun illər rəhbərlik etmiş Fidel Kastronun qardaşıdır. O, 2008-2018-ci illərdə Kuba prezidenti olub və rəsmi vəzifədən getsə də, hələ də ölkə siyasətində ən təsirli fiqur sayılır.

“The New York Times” və digər media qurumlarının məlumatına görə, bu addım Tramp administrasiyasının Kubadakı kommunist rejimi devirmək üçün təzyiqləri artırdığı bir vaxta təsadüf edir. Ekspertlər bu ssenarini Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən saxlanılaraq Nyu-Yorka gətirilməsi hadisəsi ilə müqayisə edirlər.(“Reuters”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam