Moskvanın 4 hava limanında bütün reyslər təxirə salındı -SƏBƏB
Dünən axşamdan bu günə qədər Moskvaya 600-dən çox PUA hücum edib.
Yenixeberorg.com: Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, PUA hücumu səbəbindən Moskvanın Vnukovo, Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarında bütün reyslə təxirə salınıb.
TASS-ın verdiyi məlumatda qeyd olunub ki, təhlükəsizlik səbəbindən 8 reys Moskvaya enə bilməyib.
Moskva meri Sobyanin də dünəndən bəri Moskvaya 600-dən çox PUA-nın hücum etdiyini təsdiqləyib:
"Dünən axşamdan bu gün səhərə qədər Moskva bölgəsinə doğru 620 PUA uçub, onlardan 180-i Moskva bölgəsində məhv edilib. Təcili yardım xidmətləri qəza yerlərində işləyir".
Rusiya mətbuatı Moskvaya PUA hücumunu son iki ilin ən böyük hücumu adlandırıb.









AZ
RU
