Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı -Milyonluq yeyinti

mudafie-nazirliyinin-eks-idare-reisine-cinayet-isi-acildi

Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov və eyni idarənin daha üç əməkdaşı haqda cinayət işi başlanılıb.

Yenixeberorg.com: Əldə etdiyimiz özəl məlumata görə, eks-nazirlik əməkdaşları 1 milyon manatdan artıq mənimsəmədə ittiham olunurlar.

Elnur Süleymanovdan əlavə, bölmə rəisi polkovnik-leytenant Emin Əliyev və idarənin digər əməkdaşları Məsud İbrahimov və Pərviz Abdullayev də istintaqa cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə yekun ittiham verilib.

Təqsirləndirilən şəxslər hazırda həbsdə deyil, məhkəməyə qədər barələrində alternativ qətimkan tədbiri seçilib.

Ziyan ödənilməsə, onları 14 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, Elnur Süleymanov sonuncu dəfə Azərbaycan Ordusunun keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun xərcləri ilə bağlı məhkəməyə göndərdiyi hesabatla gündəmə gəlmişdi. Süleymanov hesabatında yazmışdı ki, N.Sadıkova 6 dəst armudu stəkanın alınması üçün 21 min manat pul xərclənib. Bundan əlavə, ona hər birinin qiyməti 100 manat olmaqla 80 çaxır alınıb ki, bu da ümumilikdə 8 min manat təşkil edib.(“Qafqazinfo”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam