Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Prokurorluq “Zipline”də iki nəfərin ölümünün səbəblərini AÇIQLADI

Prokurorluq “Zipline”də iki nəfərin ölümünün səbəblərini AÇIQLADI

Şəkidə iki nəfərin ölümü ilə nəticələnən “Zipline” faciəsinin ilkin səbəbi məlum olub.

Yenixeberorg.com: Baş Prokurorluğun verdiyi məlumata görə, sentyabrın 8-də Baş Küngüt kəndində yerləşən “Şəki yaylası” istirahət mərkəzində Ucal Bayramov və Coşqun Məmmədzadə “Zipline” əyləncəsindən istifadə edərkən hündürlükdən yıxılaraq həyatlarını itiriblər.

Prokurorluğun ilkin araşdırmasına əsasən, kanat sisteminin bərkidildiyi metal konstruksiya deformasiyaya uğrayıb. Bunun nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb, əlavə təhlükəsizlik avadanlığı isə zədələnib. Hər iki şəxs hündürlükdən yerə düşərək hadisə yerində vəfat edib.

Faktla bağlı iki nəfərin ölümünə səbəb olan səhlənkarlıq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda “Zipline” qurğusunun texniki vəziyyəti, təhlükəsizlik tələblərinə uyğunluğu, qəzanın dəqiq səbəbləri və məsul şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam