Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"“Azərenerji” ciddi problemlərlə üzləşə bilər" –“Standard&Poor`s Global Ratings”

untitled-1

Hökumətin cari və zəruri dəstəyi olmazsa, “Azərenerji” ASC xarici öhdəliklərinin yerinə yetirilməsində ciddi problemlərlə üzləşə bilər. 

Yenixeber.org:  Bu barədə “Standard&Poor`s Global Ratings” (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Məlumatda deyilir ki, borc yükü və kapitalın dayanıqsız strukturu səbəbindən “Azərenerji” ASC ciddi təzyiqlə üzləşir.Bunları nəzərə alaraq agentlik dövlət şirkətinin şəxsi kreditləşmə qabiliyyətini “ccc+” səviyyəsində təsdiqləyib.

“Uzunmüddətli perspektivdə dövlətin “Azərenerji” ASC-yə verdiyi dəstəkdə qeyri-müəyyənlik mövcuddur. Düşünürük ki, dövlət xarici öhdəliklərin yerinə yetirilməsində şirkətə zəruri dəstək versə də, onun maliyyə nəticələrinin yaxşılaşması üçün konkret bir strategiya yoxdur. Bu səbəbdən “Azərenerji” ASC-nin reytinqi Azərbaycanın suveren reytinqindən daha aşağıdır. Bizim baza ssenarimizə əsasən, şirkət bu il əlavə borclanmaya getməyəcək, habelə aktivlərin və kapitalın strukturu dəyişməz qalacaq”, – deyə agentliyin açıqlamasında bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam