Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"Dövlət “Azərenerji”nin borclarının təxminən 40%-ni ödəyir"

 

“Azərenerji” ASC-nin borclarının 81%-i valyuta risklərinə məruz qalır

Xeberinfo.com:  Məlumata görə, bu barədə “Standard & Poor`s” (S&P) agentliyinin yaydığı məlumatda bildirilir.

Bildirilir ki, dövlət şirkətinin kapitalının strukturu dayanıqlı deyil. “Düşünürük ki, “Azərenerji” cari maliyyə böhranı vəziyyətində Azərbaycan hökumətindən effektiv dəstək alacaq. Buna baxmayaraq, biz “Azərenerji”yə olan dəstəyi yenidən qiymətləndirə bilərik. Dövlət nəzarətinin və inzibati dəstək mexanizmlərinin zəiflədiyini görsək, daha zəif dövlət dəstəyi müəyyənləşdiricisini təyin edəcəyik”, – deyə məlumatda qeyd olunur.

Agentlik ekspertlərinin fikrincə, “Azərenerji” dövlətin ən böyük enerji təminatçısı olduğundan, dövlət dəstəyinin qiymətləndirilməsində əsas rol hökumətin üzərinə düşür: “Düşünürük ki, dövlətin iqtisadi inkişafı etibarlı və əldə olunan elektrik enerjisi təminatına imkan verir və növbəti üç il ərzində də bu təminat davam edəcək. Dövlət “Azərenerji”nin borclarının təxminən 40%-ni ödəyir. Şirkətin kredit portfelinin təxminən 60%-ni isə birbaşa dövlətdən alınan borclar təşkil edir. Hökumətin “Azərenerji” üçün tarifləri artıracağını gözləmirik, lakin “Azərenerji”nin borclarını ödəməklə, istiqraz emissiyasını həyata keçirməklə və ya SOCAR-a olan borcları nəzarətə götürməklə dövlət şirkətə dəstək ola bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam