Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Lukoil” yanacaqdoldurma məntəqələrini satır –SƏBƏB

"Lukoil" şirkəti Rusiyadakı yanacaqdoldurma məntəqələrinin (YDM) 30%-ini satışa çıxarmağı nəzərdən keçirir.

Yenixeber.org:   RBK xəbər verir ki, buna səbəb biznesin rentabelliyinin düşməsidir. Burada söhbət Rusiyanın mərkəzi hissəsindəki 700 yanacaqdoldurma məntəqəsindən gedir.

Hazırda "Lukoil" Rusiyada 2 544 ədəd YDM-ə sahibdir ki, bu da ölkədə mövcud olan ümumi məntəqələrin sayının 21%-inə bərabərdir. Şirkət ölkənin 7 regionunda mövcud olan YDM biznesindən imtina etmək niyyətindədir.

Bu biznesi qeyri-rentabelli edən isə vergi yükünün artması və gəlirliyin azalmasıdır.

Şirkətdən bildirilib ki, hələlik heç bir alıcı "Lukoil"ə müraciət etməyib.

Maraqlıdır ki, "Lukoil" Türkiyədə YDM şəbəkəsini genişləndirmək niyyətindədir. Şirkətin prezidenti Vahid Ələkbərov RBK-ya bildirib ki, hazırda "Lukoil"in Türkiyədə 600 YDM-i var və şirkətin bazar payı 5% təşkil edir. Bununla yanaşı, şirkət Belçika və Hollandiyada YDM-lərinin sayını artırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam