Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

SOCAR Rumıniya iqtisadiyyatına 50 milyon pul yatırır

 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yaxın 2-3 il ərzində Rumıniyada yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini genişləndirmək üçün 50 mln. avro investisiya yatıracaq.
"Xeberinfo.com":   APA-nın məlumatına görə, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.
Onun sözlərinə görə, SOCAR indiyədək Rumıniya iqtisadiyyatına 50 mln. avro yatırıb: "Hazırda SOCAR brendi altına Rumıniyada 32 ədəd YDM fəaliyyət göstərir. Bu ilin sonuna qədər Rumıniyada daha 3-4 YDM açacağıq. Gələn il ərzində isə daha 10 ədəd YDM-in açılması nəzərdə tutulur. Bu tendensiyanı 3-4 il müddətində davam etdirəcəyik. Bununla da, hər il ümumilikdə 10 YDM fəaliyyətə başlayacaq".
SOCAR rəsmisi qeyd edib ki, şirkət yerli bazarda böyük oyunçuya çevrilmək niyyətində deyil, ancaq YDM şaxələndirməsini davam etdirəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam