Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Vətənpərvərlik kinosu həftəsi”ndə növbəti filmlər

Filmlərin nümayişi Binəqədi Mərkəzi Mədəniyyət evində keçirilib

Yenixeber.org: Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan “Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Milli qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir.

kino həftəsi çərçivəsində filmlərin növbəti nümayişi yanvarın 15-də Binəqədi Mərkəzi Mədəniyyət evində keçirilib.

Kinorejissor Gülnarə Abdullayevanın lentə aldığı Milli Qəhrəman Tahir Həsənova həsr olunmuş “Bizim zaman qəhrəmanları” və rejissor Kamalə Musazadənin lentə aldığı Milli Qəhrəman Cavanşir Rəhimova həsr olunmuş “Cavanşir” adlı filmlər tamaşaçılara təqdim edilib.

Filmlərin nümayişində məktəb şagirdləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, kino həftəsinin keçirilməsində məqsəd əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik göstərən Milli qəhrəmanlarımızı gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam