Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İŞ ADAMININ EVİNƏ BASQIN OLUB –Gömrük rəisinin qardaşıdır…

maskali

Gəncə şəhərində maskalı şəxslər evə basqın edib.

Yenixeber.org: Cinayət hadisəsi Gəncənin “Mahrasa bağı”yaşayış massivində, Mikayıl Müşfiq küçəsində qeydə alınıb.

Belə ki, iki maskalı şəxs həmin ünvanda yerləşən fərdi evə basqın edərək onun sahibi Samir Müstafayevdən pul tələb ediblər və müəyyən məbləğ aldıqdan sonra hadisə yerindən qaçıblar.

İddiaya görə, quldurluq cinayətini törədənlər külli miqdarda pul aparıb.

Hadisə ilə bağlı polisə məlumat verilib, hər iki şəxsin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, zərərçəkmiş Gəncə şəhərində fəaliyyət göstərən “Delfin” marketlər şəbəkəsinin sahibidir.

Araşdırmamıza görə, Samir Mustafayev Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Süleyman Mustafayevin qardaşıdır.

Görünür, adıçəkilən şəxslərin böyük imkanlara maik olması cinayətkar dəstənin diqqətindən yayınmayıb.

Cinayətlə bağlı saytın əməkdaşı Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılovla əlaqə saxlasa da, o, bu barədə danışmaqdan imtina edib.(gununsesi.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam