Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Maskalı şəxslər silahla evə basqın edib -Film kimi cinayət

 

Maskalı şəxslər silahla evə basqın edib - Film kimi cinayət
Sentyabrın 17-də saat 4 radələrində Ağstafa şəhərində yaşayan Əmirxan Mustafayevin evə qarət məqsədi ilə girmiş 2 maskalı şəxs onun baş nahiyəsinə avtomat silahının qundağı ilə xəsarət yetirib havaya 2 dəfə atəş açaraq bıçaqla hədələyib pul verməsini tələb ediblər
Yenixeber.org: Daxili İşlər Nazirliyindən  verilən xəbərə görə, Ə.Mustafayev onlardan birini tərkisilah edib, digəri isə hadisə yerindən qaçıb. Ağstafa RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla saxlanılmış şəxsin Saloğlu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ceyhun Novruzov, qaçan şəxsin isə Ağstafa şəhər sakini, əvvəllər məhkum olunan Azər Budaqov olduğu müəyyən edilib. 

Cinayətin törədilməsində istifadə edilmiş “AKM” markalı silah, 1 ədəd patron darağı, 29 ədəd patron və 2 ədəd giliz polis əməkdaşları tərəfindən götürülüb.

Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində A.Budaqov polis əməkdaşları tərəfindən saxlanılıb. Ağstafa RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam