Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

FHN əməkdaşları toyda dava salıb –Həbs olunan var

FHN əməkdaşları toyda dava salıb –

Fövqaladə Hallar Nazirliyinin (FNN) əməkdaşları Tərtərdə iştirak etdikləri toy məclisində dava salıblar. Kütləvi dava zamanı xəsarət alanlar olub.

Yenixeber.org: Bu barədə "Azerinfo.tv" məlumat yayıb. 

Xəbərə görə, hadisə bazar günü, 7 iyul tarixində baş verib.

Fövqaladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin bir qrup əməkdaşı Tərtərdə toy məclisində iştirak edib. Toyun qızğın vaxtı FHN əməkdaşları ilə məclisdə iştirak edən digər qonaqlar arasında mahnı sifarişi üstündə mübahisə başlayıb. Mübahisə kütləvi dava ilə nəticələnib. Hadisə yerinə polis gəlib. 

Xəbər verilir ki, 3 FHN əməkdaşı baradə araşdırma gedir. Qarşı tərəfdən bir nəfər həbs edilib.

Məsələ ilə bağlı Fövqaladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzindən bildirilib ki, hadisə ilə bağlı araşdırma gedir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam