Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

5 ölkə İrandan təzminat tələb edir –Təyyarə qəzasına görə

Keçən həftə Tehrandan yola düşərkən raket zərbəsi ilə vurulmuş və göyərtəsindəki 176 nəfərin həlak olduğu Ukrayna təyyarəsinin necə vurulması ilə bağlı tam hesabat tələb olunur.

Yenixeber.org: Qəzada vətəndaşlarını itirən beş ölkənin nazirlərinin tələbinə görə, İran qəza ilə bağlı şəffaf beynəlxalq araşdırma ilə “tam əməkdaşlıq” etməlidir.

Əfqanıstan, Böyük Britaniya, Kanada, İsveç və Ukraynanın xarici işlər nazirləri İranın həm də təzminat ödəməli olduğunu bildirib.

İran təyyarənin raket zərbəsi ilə səhvən vurulduğunu açıqlayıb.

Ukraynanın Tehrandan Kiyevə yola düşən Boeing 737-800 təyyarəsi İran və ABŞ arasında gərginliyin artması ərəfəsində vurulmuşdu. Qəza nəticəsində sağ qalan olmayıb.

Qəzadan bir neçə saat əvvəl İran raketləri ABŞ hərbi qüvvələrinin İraqdakı bazalarını hədəf almışdı.

İran faciədən üç gün sonrayadək hər hansı məsuliyyəti rədd edirdi, lakin beynəlxalq təzyiqlərdən sonra mühafizəkar İnqilab Keşikçiləri etiraf edib ki, təyyarənin “qanadlı raket” olduğu güman edilib və buna görə də sərnişin təyyarəsi səhvən vurulub.

Beynəlxalq cəmiyyətlə münasibət, eləcə də ölkə daxilində baş tutan hökumət əleyhinə etirazlar baxımından İran çox həssas dönəmdən keçir.

Londondakı görüş nə haqda idi?

Qəzada vətəndaşları ölən beş ölkənin xarici işlər nazirləri bildiriblər ki, onlar İrandan “azad və şəffaf beynəlxalq araşdırma” və vəfat edənlərin ailələrinə kompensasiya verilməsi daxil olmaqla beş tələbdə razılaşıblar.

Qrup adından çıxış edən Kanadanın xarici işlər naziri Fransua-Filipp Şampan deyib ki, ailələr cavab istəyir.

“Belə bir dəhşətli faciədən sonra bir çox sual yaranır. Ailələr cavab istəyir, bu gün burada toplaşan bütün ölkələr və beynəlxalq cəmiyyət cavab istəyir. Dünya bu cavabları gözləyir və biz onları alanadək dayanmayacağıq.”

Kanada bəzi qurbanların ailələrinin İrandakı rəsmilər tərəfindən təzyiqlə və onların səssiz qalmaları tələbi ilə üzləşməsi xəbərlərini araşdırır. (BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam