Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İtaliya mafiyaları koronavirusa görə xeyriyyəçiliyə başlayıblar

 

 İtaliya mafiya qruplaşmalarının üzvləri koronavirusun yayıldığı dövrdə birləşərək xeyriyyəçiliklə məşğul olmaq qərarına gəliblər.

Yenixeber.org: Bu barədə "The Guardian” yazır.

Ölkədə tüğyan edən pandemiyaya görə bir çoxları işini itib. Bununla əlaqədar mafiozlar ərzaq alaraq, yoxsul regionların sakinlərinə və köməyə ehtiyacı olanlara daşımağa başlayıblar.

"Mafiya bosları şəhərləri özlərinin mülkü hesab edirlər. Lakin onlar ilk növbədə öz maraqlarına görə insanlara kömək edirlər”, - deyə Katandzaro əyalətinin Baş prokuroru Nikola Qratteri bildirib.

O əmindir ki, mafiozlar kömək etməklə  insanların gözündə qəhrəman olmağa və bu yolla da cəmiyyətdə mövqelərini möhkəmlətməyə ümid edirlər. Bundan əlavə, pandemiya bitdikdən sonra onlar "borclarının qaytarılmasını” istəyə bilərlər. Məsələn, adamlardan seçkilərdə onların siyasətçilərinə səs verməyi tələb edə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam