Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

COVID-19-u neytrallaşdıran daha bir üsul tapıldı

 

 

Beynəlxalq alimlər qrupu Utrext Universitetində aparılan təcrübələr zamanı laboratoriyada COVID-19-u məğlub edən monoklonal anticisimlər əldə ediblər.

Yenixeber.org: “TASS”ın verdiyi xəbərə görə, elm adamlarının araşdırmalara dair məqaləsi “Nature Communication” jurnalında dərc olunub.

Monoklonal anticisimlər, eyni hüceyrə klonuna aid olan immun hüceyrələr tərəfindən istehsal edilən anticisimlərdir (zülallar). Biologiya və tibbdə geniş istifadə olunur, məsələn, peyvəndlər onların əsasında yaradılır.

Alimlər SARS-CoV-2 virusunun insan hüceyrələrinə nüfuz etdiyi zülalı neytrallaşdıran monoklonal anticisimlərin “47D11” olduğunu müəyyən ediblər.

Məqalə müəllifləri gələcəkdə koronavirus infeksiyasının müalicəsi üçün lazım olan dərmanları hazırlamaq üçün bu anticisimlərlə sınaqları davam etdirmək niyyətindədirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam