Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Diri heyvanların şəhərə girişi qadağan olunacaq”

 

“Bakıda tikilən ət kombinatları istifadəyə veriləndən sonra diri heyvanların şəhərə girişi qadağan olunacaq”.
"Xeberinfo.com":  Məlumata görə, bunu APA-ya açıqlamasında Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov deyib.
A. Aslanovun sözlərinə görə, hazırda Bakı şəhərinin girişində iki yerdə ət kombinatlarının tikintisi aparılır: “İribuynuzlu heyvanların kəsilməsi üçün nəzərdə tutulan ət kombinatlarının tikintisi davam etdirilir. Yaxın zamanlarda onlar istifadəyə veriləcək. Həmin ət kombinatlarında bir gündə 5 min baş iribuynuzlu heyvanın kəsilməsi mümkün olacaq. Ət kombinatları istifadəyə veriləndən sonra Bakı şəhəri ətlə tam təmin olunacaq, beləliklə də tələblərə cavab verməyən sallaqxanalar yığışdırılacaq”.

A. Aslanov qaydalara cavab verməyən sallaqxanalarda mütəmadi reydlərin keçirildiyini də qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam