Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Doğum yeri “Dağlıq Qarabağ” göstərilən erməni ilə bağlı - XİN-dən açıqlama

 

Sosial şəbəkələrdə Emil Arzangulyan adlı şəxsin Rusiya Federasiyasında aldığı sürücülük vəsiqəsində doğum yerinin “Dağlıq Qarabağ” kimi göstərilməsi ilə bağlı yayılan xəbərlərə XİN reaksiya verib. 

 

"Xeberinfo.com":  Xarici İşlər Nazirliyindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, nazirlik tərəfindən verilən təlimat əsasında Azərbaycanın Rusiyadakı səfirliyi bununla əlaqədar Rusiya Xarici İşlər və Daxili İşlər Nazirliklərinə müraciət edib.

Rusiya Xarici İşlər Nazirliyindən daxil olmuş notada Rusiya Federasiyasının Azərbaycan ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyi və münaqişənin həlli çərçivəsində üzərinə götürdüyü öhdəliklərə davamlı şəkildə sadiqlik nümayiş etdirdiyi qeyd olunur. E.B.Arzangulyan tərəfindən sosial şəbəkələrdə yayılmış məlumatın heç bir halda Rusiya Federasiyasının bu məsələ ilə əlaqədar rəsmi mövqeyinə aidiyyəti olmadığı vurğulanır.

Notada həmçinin, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin 365 nömrəli 13 may 2009-cu il tarixli əmri ilə təsdiq olunmuş Rusiya Federasiyasında sürücülük vəsiqələrinin rəsmiləşdirilməsi və verilməsi haqqında qaydalara müvafiq olaraq, sürücülük vəsiqələrinin doğum yeri adlı bölməsində daha böyük inzibati-ərazi vahidinin adının qeyd olunduğu barəsində məlumat verilir. Notada E.B.Arzangulyanın müəyyən edildiyi kimi Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) anadan olduğunu nəzərə alaraq, onun sürücülük vəsiqəsində qeyd olunan “Dağlıq Qarabağ” ifadəsi ilə ASSR-in DQMV-nin nəzərdə tutulduğu bildirilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam