Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"Qazprom" səhmlərini satışa çıxardı

 

"Qazprom" Almaniyanın "Verbundnetz Gas" (VNG) qazpaylayıcı şirkətindəki payını (səhmlərin 10.52%) satışa çıxarıb.

"Xeberinfo.com":  ANS PRESS-in məlumatına görə, "Qazprom"dan jurnalistlərə bildirilib ki, şirkətin öz payını satmaq arzusu onun strateji tərəfdaşı olan "Wintershall Holding" şirkətinin VNG-dəki payını satması ilə bağlıdır.

VNG qazbölüşdürücü şirkətdir və yalnız Almaniyada, Avstriyada, İtaliyada, Çexiyada, Slovakiyada, Polşada qazın satışı ilə məşğul olmur, həmçinin Norveçdə qazçıxarma üzrə layihələri reallaşdırır.

Bundan əvvəl "Qazprom" ilə "Wintershall Holding" birgə VNG-nin 26,31% səhm paketinə malik idilər. Lakin "Wintershall Holding" keçən ilin payızında öz payını satıb. Ona görə də "Qazprom" VNG şirkətindəki payını idarəetmək gücündə deyil.

Ekspertlərin fikrincə, VNG öz səhmini sataraq "Qazprom"u Avropa biznesindən tədricən uzaqlaşdırmaq strategiyasını reallaşdırmağa çalışır. Buna səbəb isə Ukrayna münaqişəsində Rusiyanın tutduğu mövqeyə görə Avropa İttifaqı ilə Moskva arasında yaranmış gərgin münasibətlər olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam