Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Fransa Rusiyaya qarşı

 

Fransa “Mistral” helikopter daşıyan gəmilərinin Rusiyaya satılması üzrə bu ölkə ilə bağlanmış müqavilənin ləğvi ilə bağlı təkliflərini Rusiya tərəfinə göndərib.

"Xeberinfo.com":   APA-nın “Kommersant” qəzetinə istinadən verdiyi xəbərə görə, təkliflərdə Rusiyanın ödədiyi 785 milyon dolların geri qaytarılması nəzərdə tutulur. Lakin bunun üçün Rusiya tərəfi gəmilərin üçüncü ölkələrə qeyd-şərtsiz satılmasına dair yazılı razılıq verməlidir.
Moskva isə bu təkliflə razı deyil. Rusiyanın müqavilənin pozulması nəticəsində itkiləri 1,163 milyard dollar məbləğində qiymətləndirilir. Bu məbləğ ödənmədən Rusiya gəmilərin reeksportuna icazə vermək niyyətində deyil. Fransa gəmilərdə quraşdırılmış avadanlıqların demontajı, boşaldılması və Rusiyaya geri göndərilməsi ilə bağlı xərcləri yarı yarıya ödənməsini də təklif edib. Lakin Rusiya bu təkliflə də razı deyil, çünki müqavilənin pozulmasını birtərəfli qaydada Paris təklif edib.
Xatırladaq ki, Ukrayna böhranından sonra Fransa Rusiyaya “Mistral” hərbi gəmilərinin satılması barədə daha öncə imzalanmış müqavilənin yerinə yetirilməsindən imtina edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam