Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

İcra başçısının oğlu haqda həbs qərarı dəyişdi

 

Ötən il sentyabrın 27-də paytaxtın Səbail rayonunun icra başçısı Asif Əsgərovun 17 yaşlı oğlu İlham Əsgərli tərəfindən törədilən və “Mc Donalds’s”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümü ilə nəticələnən yol qəzası baş vermişdi.
"Xeberinfo.com":  13 may 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə çıxarılan hökmə əsasən, Ilham Əsgərli 5 il 6 ay, onunla birlikdə mühakimə olunan, yük maşınının sürücüsü Əhliman Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onların hər ikisi məhkəmə zalında həbs olunmuşdu.
Azadliq.info xəbər verir ki, iyunun 29-da isə Bakı Apelyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2015-ci ildə İlham Əsgərli haqda çıxarıdığı 5 il 6 ay azadlıqdan məhrum etmə cəzasını dəyişərək, onun 3 il müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edib.
Əhliman Süleymanova verilmiş 6 il müddəti isə dəyişdirilmədən saxlanılıb. Prosesə Bakı Apelyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulov sədrlik edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam