Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Dəmiryolçular Prezident Administrasiyası qarşısında etiraz edir

 

Bu gün  40-dək dəmiryolçu Prezident Administrasiyasının qarşısında toplaşıb etiraz aksiyası keçirirlər.

"Xeberinfo.com":   Məlumata görə, bu haqda Azadlıq Radiosuna aksiyaçılardan biri Mələk Əliyeva deyib.
Etirazçılar 2001-ci ildən yığılan əmək haqlarının, ezamiyyət pullarının ödənilməsini tələb edilər. Bundan başqa, işdən çıxarılan dəmiryolçuların işə bərpasını istəyirlər.
«Dəmiryol İdarəsində iki əməkhaqqı cədvəli olub. Dəmiryolçular 300-500 manata qol çəksələr də, 80-100 manat maaş alıblar. Son etirazlardan sonra bu məbləğ 200 manata qaldırılıb. Biz maaşımızın yerdə qalanını tələb edirik», – dəmiryolçu qadın deyir.
Mələk Əliyeva oturaq aksiya keçirmək niyyətində olduqlarını bildirir: «Maaşımız ödənilməyənə qədər Prezident Administrasiyasının qarşısını tərk etməyəcəyik».
Bu, dəmiryolçuların ilk aksiyası deyil. Onlar bundan əvvəl də iş və əməkhaqqı tələbiylə etiraz ediblər. Rəhbərlik bu məsələnin yoluna qoyulacağını vəd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam