Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Narazı dəmiryolçular etiraz aksiyasını təxirə saldı

demiryolcular-etirazXeberinfo.com:  Bir müddət əvvəl “Azadlıq”a müraciət edən bir qrup dəmiryolçu “Dövlət Dəmir Yolları” QSC-dən şikayətçidirlər.

Dəmiryolçular problemləri ilə əlaqədar dəfələrlə Bakı Şəhər Icra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbova müraciət  ediblər. Onlar piket keçirmək üçün münasib yer ayrılmasını xahiş ediblər. Mənimsənilmiş əməkhaqqını, çörəkpulunu, ezamiyyət pulunu tələb edən şikayətçilər onları qəbul etməyən dövlət məmurlarının əməllərinə etiraz olaraq, aprelin 7-də Prezident Administrasiyasının qarşısında oturaq aksiya keçirmək qərarı vermişdilər. Lakin dünən redaksiyamızla əlaqə saxlayan dəmiryolçular atəşkəsin pozulması səbəbindən aksiyanı müvəqqəti olaraq təxirə saldıqlarını bildiriblər.

Lakin onlar öz tələblərində israrlıdırlar. Sabiq dəmiryolçular ordumuzun əsgərlərinə bu yolla mənəvi dəstək olduqlarını bildiriblər. Dəmiryolçular aksiyanın keçirilməsilə bağlı vəziyyətdən asılı olaraq qərar verəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam