Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Xəzərdə 4 BTR batdı, əsgərlər öldü

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçirdiyi “Mərkəz-2015” hərbi təlimləri zamanı Qazaxıstan ordusunun 4 BTR-i Aktau şəhəri yaxınlığında Xəzər dənizində batıb.

"Xeberinfo.com":   Virtualaz.org saytı xəbər verir ki, dənizə batan BTR-80 maşınlarında olan 4 əsgər də həlak olub.

Qazaxıstan Müdafiə Nazirliyinin bildirdiyinə görə, BTR-lərdən 4-ü dənizdə 150 metr getdikdən sonra güclü külək və hündür dalğalar nəticəsində batıblar. İki BTR isə sahilə çata bilib.

İnsident Oymaş poliqonu yaxınlığında baş verib. Müdafiə naziri İmanqali Tasmaqambetov insidentin araşdırılması üçün xüsusi qurp yaradıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “Mərkəz-2015” təlimləri sentyabrın 14-də başlayıb. Təlimlərdə 95 min hərbçi, 7 mindən çox hərbi texnika, 170 təyyarə və gəmilər iştirak edir.

Təlimlər zamanı KTMT üzvü olan ölkələrin silahlı qüvvələrin təhdidlərə qarşı birgə idarə olunması sınaqdan keçirilir. Manevrlərə Mərkəz Hərbi Dairəsinin qoşunları, Xəzər donanması, habelə Qazaxıstan Silahlı Qüvvələrinin operativ bölmələri cəlb edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam