Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"İŞİD"-ə qoşulan uşaqların sayı açıqlandı

“İŞİD terror qruplaşmasına qoşulmağa qərar verən, lakin bu günlərdə Türkiyə polisi tərəfindən Adana şəhərində tutulan 14 Azərbaycan vətəndaşından 4-ü gənc oğlanlar, 3-ü qadın, 7-si isə uşaqdır”.

Xeberinfo.com:   Məlumata görə, bunu jurnalistlərə açıqlamasında XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Yada salaq ki, noyabrın əvvəllərində Adanada İŞİD-ə qoşulmaq istəyən 38 əcnəbi tutulub. Onların 5-i Qırğızıstan, 14-ü Azərbaycan, 7-ci İndoneziya, 5-i İraq, 2-si Tacikistan, 3-ü İran və 2-si Əfqanıstan vətəndaşı olub. Tutulanlar arasında 15 azyaşlı uşaq da olub ki, onların da yarısı azərbaycanlılardır.

H.Hacıyevin sözlərinə görə, XİN əməkdaşları Ankaradakı səfirliklə əlaqə saxlayıb. Səfirlikdən bildirilib ki, saxlanılan şəxslərlə bağlı hələlik istintaq tədbirləri həyata keçirilir. İstintaq başa çatandan sonra Azərbaycan tərəfi bu barədə məlumatlandırılacaq.

“Terrorla mübarizə məsələsi həssas mövzu olduğu və bununla bağlı tədbirlər qapalı rejimdə həyata keçirildiyi üçün Azərbaycan səfirliyi Türkiyənin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir və bu məsələni daim diqqət mərkəzində saxlayır” - deyə Hacıyev bildirib.

O da məlum olub ki, saxlanılan azərbaycanlılar 3 ailənin üzvləridir. Hazırda onlar əcnəbilər üçün ayrılmış xüsusi təcridxanada saxlanır. Türkiyənin müvafiq qurumları onların Azərbaycana deportasiyası məsələsini nəzərdən keçirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam