Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Sabiq generalın işçisi intihara cəhd edib

covdarov1Keçmiş MTN-in həbs edilmiş əməkdaşlarından biri təcridxanada özünü öldürmək istədi

Xeberinfo.com:   Bu barədə “Azadlıq” qəzetinə məlumatlı mənbədən bəlli olub.

Mənbə bildirir ki, özünü öldürmək istəyən keçmiş MTN-çi Orxan Osmanovdur. O, ləğv edilmiş nazirliyin Energetika və Nəqliyyatda Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı olub. Xatırladaq ki, bu idarənin rəisi hazırda həbsdə olan və çox ağr cinayətlərdə ittiham edilən Akif Çovdarov idi.

Orxan Osmanov hazırda Kürdəxanı təcridxanasında saxlanılır. Mənbə deyir ki, o, bir dəfə özünü öldürmək istəyib, lakin intihar cəhdi baş tutmayıb. Bundan az sonra özünü öldürmək məqsədilə başını divara çırpıb, amma sağ qalıb. Osmanovun özünü öldürməkdə israrlı olduğunu görən təcridxana rəhbərliyi onu daimi nəzarətdə saxlamaq üçün növbəli müşahidəçilik təyin edib.

Osmanovun nəyə görə özünü öldürmək istədiyi bəlli deyil.

Məlumatla bağlı əlavə dəqiqləşdirmələr aparmağa çalışacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam