Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Əkrəm Əylisli saxlanılıb

ekrem_eylisliYazıçı Əkrəm Əylisli martın 30-u səhər Bakı aeroportunda saxlanılıb.

Xeberinfo.com:  Onun Venesiyada keçirilən kitab festivalına getmək istədiyi bildirilir.

Ə.Əylisli saat 5:11-də 613 saylı reyslə uçmalı imiş. Amma sərhədçilər onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.

Həyat yoldaşı Qalina Əylislinin bildirdiyinə görə, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Amma bu qadağanın nə ilə bağlı olduğu bildirilməyib.

Q.Əylislinin dediyinə görə, əri böyük oğlu İlyas Əylisli ilə birgə Nəqliyyatda Baş Polis İdarəsinin aeroportdakı bölməsində saxlanılır. Saat 9:00-dan bölmədə olan yazıçı və oğlu hələ də oradan buraxılmayıblar.

Ə.Əylisli 2013-cü ildə yazdığı «Möhtəşəm tıxac» əsərinə görə Azərbaycanda bəzi insanların qəzəbinə gəlmişdi. Ona qarşı hökumətyönlü mediada kampaniya başlamışdı. Ə.Əylislini yazdığı bu əsərdə erməni təbliğatı aparmaqda ittiham edirdilər. Hətta onun bəzi kitabları yandırılmışdı.

(azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam