Redaktor seçimi
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Günün xəbəri

İcra Hakimiyyətinin sabiq işçisi güllələnib - FOTOLAR

Bakıda İcra Hakimiyyətinin keçmiş işçisi güllələnib - FOTOLAR

 

 

Bakıda güllələnmə hadisəsi baş verib. 
Xeberinfo.com:  Musavat.com-un məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində, Cavadxan küçəsində qeydə alınıb.
Naməlum şəxs Göz Xəstəxanasının qarşısında avtomatdan dəfələrlə atəş açıb. Hadisə nəticəsində 43 yaşlı Qasımov Hüseyn Əli oğlu güllə yaraları alıb. Yaralı xəstəxanaya çatdırılıb. 
Həkimlər onun həyatını xilas edə biliblər. Güllələrdən bir neçəsi hadisə yerində dayanmış "Niva" markalı avtomobilə və Göz Xəstəxanasının gözətçi otağına dəyib. 
Xoşbəxtlikdən başqa xəsarət alan olmayıb.
Hüseyn Qasımovun güllələnməsinin səbəbləri və hadisənin kim tərəfindən törədildiyi məlum deyil. 
Qeyd edək ki, Hüseyn Qasımov bir müddət əvvələdək Bərdə Rayon İcra Hakimiyyətində şöbə müdirinin müavini vəzifəsində çalışıb.
Faktla bağlı araşdırma aparılır.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam