Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

4 GÜNLÜK MÜHARİBƏNİN İLK DƏQİQƏLƏRİ - Xüsusi təyinatlılar hücum edir (VİDEO)

 

1460787380_1

Ermənistanda bu ilin aprel ayının 2-nə keçən gecə Azərbaycan ordusunun bölmələrinin düşmən mövqelərinə hücumunun ilk dəqiqələrini əks etdirən sensasion videokadrlar yayılıb.

Xeberinfo.com:   Virtualaz.org xəbər verir ki, kadrlarda onlarla Azərbaycan əsgərinin erməni mövqelərinə yaxınlaşdığı əksini tapır. Kadrlar saat 04.15-dən başlayaraq gecə müşahidə cihazından çəkilib, Bu kadrların yayılması Ermənistanda birmənalı qarşılanmayıb.

“Aydındır ki, bu kadrları dərc edənlər erməni ordusunun və erməni dövlətinin maraqlarını güdməyiblər. Əgər kadrlar realdırsa o zaman onların yayılması ən azı hərbi sirrin açılmasıdır. Dünyada bunun bir adı var-satqınlıq”-erməni politoloq Qrant-Melik Şahnazaryan Facebook səhifəsində yazıb. O, günahkarları tapıb cəzalandırmağa çağırıb.

Yerkir.am saytı isə Ermənistan Müdafiə Nazirliyinin adı açıqlanmayan nümayəndəsinə istinadən bildirir ki, internetə yarımçıq material qoyulub. Həmin kadrlarda Azərbaycan əsgərlərinin erməni mövqelərinə doğru irəlilədiyi əksini tapsa da iddia edilir ki, bu döyüşdə ermənilər heç bir mövqeni əldən verməyiblər.

Lakin kadrlardan görünür ki, erməni əsgərləri Azərbaycan ordusunun yaxınlaşdığını görüb təşviş içərisində bir-birlərinə zəng vururlar. Azərbaycan Müdafiə Nazirliyi kadrların yayılmasına şərh verməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam