Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

3-ü general olmaqla 60 qiyamçı zabit PKK-ya sığındı


Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra 3-ü general olmaqla 60 qiyamçı zabit İraqın şimalına qaçaraq PKK-ya sığınıb.

Xeberinfo.com:   Bu haqda “Sözçü” qəzeti yazır. Məlumatı MİT və Silahlı Qüvvələrin Baş qərargahı təsdiqləyib.

Uğursuz hərbi çevriliş cəhdindən sonra 9-u general olmaqla 288 hərbçi qaçıb. İndi onlardan 60-nın İraqın şimalına qaçdığı məlum olur. Məlumata görə həmin hərbçilər Ankarada qiyamın uğursuzluğa düçar olmasından sonra Sikorsky vertolyotu ilə Silopi bölgəsinə uçub. Onlara Silopidəki xüsusi təyinatlı qüvvələr qərargahındakı fətullahçılar yardım edib. Daha sonra qiyamçılar Habur sərhəd-keçid məntəqəsindən İraq ərazisinə keçiblər. Baş qərargahdakı mənbələrin məlumatına görə 3-ü general olmaqla müxtəlif rütbəli zabitlər PKK-nın Zaho düşərgəsində qarşılanıb və Qəndil dağlarındakı əsas düşərgəyə aparılıblar.

Həmin zabitlərin kimlikləri artıq təsbit olunub. Fərarilərin PKK-ya Türkiyəyə təhvil verilməcəyinə əmin olduqları üçün PKK-ya sığındıqları bildirilir. Bildirilir ki, onlar PKK-nın təmin edəcəyi saxta pasportlarla Avropa ölkələrinə qaçmağa hazırlaşırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam