Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Tibb müəssisəsi 3 gündür işıqsız qalıb: USM, rentgen, laboratoriya işləmir

Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 6 saylı şəhər poliklinikası 3 gündür işıqsız qalıb.

Xeberinfo.com:  Poliklinikanın baş həkiminin müavini Gülmira İbrahimova virtualaz.org saytına bildirib ki, sentyabrın 27-dən işıq yoxdur. Buna görə də, laboratoriya, ulstrasəs müayinəsi (USM), rentgen və diş kabinetlərinin fəaliyyəti dayanıb. “Dünən, sentyabrın 28-də günortaya qədər fasilələrlə işıq verildi. Amma ondan sonra işıq kəsilib və 1 sutkadır ki, verilmir. Dəfələrlə işıq idarəsi ilə əlaqə yaradılıb”, - G.İbrahimova söyləyib.

Xətai rayon enerji satışı və təchizatı idarəsindən poliklinikaya bildiriblər ki, kabel yanıb, dəyişməsi üçün vaxt lazımdır: “Dedilər ki, kabellər torpağın altında yerləşir, buna görə də, sıradan çıxmış xətti tapmaq vaxt aparır. Hələ də iş gedir. Laboratoriya işləmədiyindən, xəstələr geri qayıdırlar. Buna görə də, heç olmasa, bu gün işıq veriləcəyini gözləyirik”.

Səhiyyə Nazirliyindən isə deyiblər ki, vəziyyətdən xəbərdardılar. Poliklinikaya elektrik verilişinin bərpa edilməsi üçün əlaqədar qurumlara müraciət olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam