Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

4 uşaq anası xəstəxanada öldü

İsmayıllı rayonunda 4 uşaq anası dünyasını dəyişib.

Xeberinfo.com:   ARB TV-yə istinadən xəbərə görə, rayonun Mirzə Ələkbər Sabir küçəsində yaşayan 45 yaşlı Nəzakət Dəmirova kəskin ağrılarla İsmayıllı Rayon Mərləzi Xəstəxanasında çatdırılıb.

Həkimlər ilk tibbi yardımdan sonra xəstəyə kəskin bağırsaq keçinməzliyi, ürək-damar çatışmazlığı diaqnozu qoyaraq təcili cərrahiyə əməliyyatı olunmasına qərar veriblər.

Ailəsinin icazəsilə xəstə cərrahiyə şöbəsinə qaldırılarkən dünyasını dəyişib.

Nəzakət Dəmirovanın ölməsinə səbəb kimi xəstəxanaya gec çatdırılması göstərilir. Mərhumun həyat yoldaşının sözlərinə görə o, son 10 ilə yaxındır ki, bu xəstəliyi tez-tez yüngül formada keçirib. Bu dəfə də xəstənin eyni duruma düşməsinin keçici olacağını zənn edən yaxınları onu ağırlaşdıqdan sonra xəstəxanaya çatdırıblar və həyatını xilas etmək mümkün olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam