Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

İsmayıllıda müəmma:qadın həyətindən meyit tapdı

İsmayıllıda müəmma:

 

İsmayıllı rayon sakininə məxsus fərdi yaşayış evində naməlum kişi meyidi tapılıb

 

Yenixeber.org: İsmayıllı şəhərinin Mübariz Orucov küçəsindəki 119 saylı mənzildə yaşayan 50 yaşlı Nüşabə Dəmirova Bakı şəhərindən rayona geri qayıdıb və dəmir darvazanı açaraq həyətə daxil olarkən orada bir kişinin öldüyünü görüb. Qadın dərhal İsmayıllı rayon Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları hadisə yerinə baxış keçirib və meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Araşdırma zamanı ölən şəxsin Ağdam rayonu Quzanlı qəsəbə sakini, 1957-ci il təvəllüdlü Əliyev Akif Əbdülhüseyn oğlu olduğu məlum olub. Akif Əliyevin Lahıc qəsəbəsinə qonaq gəldiyi deyilsə də onun meyidinin İsmayıllı şəhərində tənha yaşayan qadının evinin həyətində tapılması müəmmaya səbəb olub. Onun hansı səbəbdən dünyasını dəyişdiyi hələ məlum deyil. Nüşabə Dəmirova ölən kişini tanımadığını və evini rayona gələn turistlərə gündəlik kirayə verdiyini bildirib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdma aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam