Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bakıda dəhşət: kişi keçmiş arvadının üstünə benzin tökərək yandırdı

yandirmaqBakıda dəhşətli hadisə baş verib.

Xeberinfo.com:  APA-nın məlumatına görə, hadisə bu gün paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Şam Bağı” restoranının yaxınlığında qeydə alınıb. Qəsəbə sakini Ceyhun Zeynalov qısqanclıq zəminində keçmiş həyat yoldaşı Arzu Zeynalovanın üstünə benzin tökərək od vurub. Hadisə yerində olan şəxslərin köməkliyi ilə A. Zeynalova təcilli xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Xəzər rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəni törədən C. Zeynalov saxlanılıb. O, keçmiş arvadının üstünə benzin töküb od vurarkən öz əllərini də yandırıb.

Onu da əlavə edək ki, A. Zeynalova C. Zeynalovdan ayrıldıqdan sonra başqası ilə ailə qurub.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam