Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ən böyük diaspor təşkilatı ofisindən çıxarıldı – 6 MİLYON BORC

 

Azərbaycanın Rusiyadakı ən böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) yerləşdiyi ofisindən çıxarılıb.

Xeberinfo.com:   Bu barədə Lent.az-a Moskvadakı mənbələrdən məlumat daxil olub. Mənbənin dediyinə görə, ÜAK hazırda Rusiya paytaxtında yerləşən “Bakı” kinoteatrının 2 kiçik otağına sıcınıb

 

“ÜAK son iki ildə ikinci dəfədir ki, ofisindən qovulur. ÜAK-ın ofisi əvvəl Moskvanın mərkəzində, “Svetnoy Bulvar” metrostansiyası yaxınlığında yerləşirdi. İcarə haqqı vaxtında verilmədiyindən Konqresi  ofisindən çıxardılar. Daha sonra Moskvanın “Taqanskaya” metrostansiyası yaxınlığına, Verxnaya Radişevskaya, 5 ünvanını köçdülər. Burada isə 6 milyon rubldan (təxminən 95 min dollar) çox borc yarandı. ÜAK-ın ofisinin yerləşdiyi binanın sahibi hələ 1 ay əvvəl onlara ultimatum vermişdi ki, borclar ödənilsin. Amma nəinki ödənildi, əlavə borclar yarandı. Ötən həftə bina sahibi ÜAK-ı qovdu”.

Mənbəmizin dediyinə görə, ÜAK aparatının işçiləri öz hesablarına məzuniyyətə buraxılıb. Aparatın bir neçə işçisi isə “Bakı” kinoteatrının yarıqaranlıq otaqlarına sığınıblar.

Lent.az-ın əməkdaşı məsələyə bağlı ÜAK-ın icraçı direktoru İlqar Hacıyevlə əlaqə saxlayıb. Direktor həqiqətən də ÜAK-ın “Taqanka”dakı binadan çıxarıldığını təsdiqləyib. Bəzi problemlər oldu. Buna görə, oranı tərk etdik. Hazırda müvəqqəti olaraq “Bakı kinoteatrına sığınmışıq” deyə, İlqar Hacıyev bildirdi.

 Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, ÜAK problemindən və baş verənlərdən xəbərdardırlar. “Məsələ tərəfimizdən araşdırılır, ümid edirik ki, problem öz həllini tapacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam