Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Nazirliyin digər vəzifəli şəxslərinə qarşı da cinayət işi açılıb" - 163 milyonluq iddia

Prokuror:

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Xeberinfo.com:  Musavat.com xəbər verir ki, məhkəmədə nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkili çıxış edərək, sabiq nazir Əli Abbasovun da məhkəməyə çağırılması və şahid qismində ifadə verməsi ilə bağlı vəsatət verib.
Prokuror Fərid Nağıyev vəsatətə münasibət bildirərkən deyib ki, Əli Abbasov və nazirliyin digər vəzifəli şəxsləri barəsində cinayət işi açılıb və araşdırmalar davam edir.
Prosesdə Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev vəkillərin vəsatətlərinə münasibət bildirib. O, sabiq nazir Ə.Abbasov və onun müavini İ.Məmmədovun məhkəmədə dindirilməsi tələbinin rədd edilməsini istəyib: "Nazirliyin digər vəzifəli şəxslərinin cinayət işi ayrıca icraata verildiyi üçün buna ehtiyac yoxdur".
Bildirək ki, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi məhkəmədə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. 
Daha sonra məhkəmə heyəti müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakimlər kollegiyası vəsatətlərin təmin edilmədiyini elan edib.
Məhkəmənin baxış iclası noyabrın 25-nə təyin edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam